Hikmət Babaoğlu: Erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunması istiqamətində ilk addım atılıb

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 01 mart 2023 22:46 (UTC +04:00)

Azərbaycanda yaşayan erməni əsilli sakinlərlə millət vəkili Ramin Məmmədovun görüşü potensial vətəndaşlarımızla birbaşa təmas kimi qiymətləndirilməlidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, bu, Azərbaycanın Vətən müharibəsindən dərhal sonra irəli sürdüyü dialoq formasıdır və uzun müddət Azərbaycan qanunlarından kənarda yaşamış sakinlərimizin cəmiyyətimizə reinteqrasiya olunmaları istiqamətində atılan ilk addımdır: Bilirik ki, uzun müddət bu cür birbaşa təmasların baş tutmaması üçün həm Ermənistanda, həm icma sakinləri içərisində olan radikallar, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün olmasını istəməyən bəzi xarici güc mərkəzləri əllərindən gələni etdilər. Hətta Ruben Vardanyan adlı xüsusi antisülh layihəsi belə hazırladılar. Ancaq nəticədə heç nəyə nail ola bilmədilər. Azərbaycanın qətiyyətli mövqeyi və strateji diplomatiyası bu cəhdlərin hamısını boşa çıxardı. Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında da mümkün sülh perspektivindən danışarkən Ruben Vardanyanın Qarabağı tərk etməsindən sonra birbaşa dialoqun mümkünlüyünü istisna etməmişdi. Nəticədə elə də oldu. Azərbaycana ixrac edilən oliqarx-cinayətkar uzaqlaşdırıldı və ilkin nəticə əldə edildi. Ötən müddət ərzində erməni diplomatiyası, qeyri-hökumət institutları, erməni lobbisi nə qədər Azərbaycan ekofəallarının haqlı tələblərini manipulyasiya etmək istəsələr də, Laçın yolu haqqında yalançı blokada təsəvvürü formalaşdırmağa çalışsalar da, bu da baş tutmadı”.

Deputat qeyd edib ki, Azərbaycan öz maraqlarını qorumağı bacardı və suveren hüquqlarının bütün ərazimizdə tətbiq edilməsi üçün irəliyə doğru daha bir addım ata bildi: “Görüş haqqında isə qısaca olaraq onu demək olar ki, erməni sakinlər bəzi kommunikativ və təchizat problemlərinin həll edilməsi üçün kömək istədilər. Bu, özlüyündə Azərbaycanın yuridiksiyasının erməni icması tərəfindən qəbul edilməsi kimi də qiymətləndirilə bilər. Azərbaycan isə dağ-mədən yataqlarımızın qeyri-qanuni istismar olunması vəziyyəti ilə bağlı problemlərin həlli ilə məşğul imkanları əldə etdi. Eyni zamanda gələcəkdə Azərbaycanın digər ərazilərində də belə görüşlərin keçirilməsi planlaşdırıldı. Bu, postmüharibə dövründə erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunması istiqamətində irəliyə doğru atılan ilk pozitiv addım hesab edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR