Mili Məclisdə bu il 189 qanun və 33 qərar qəbul edilib

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 30 dekabr 2021 13:06 (UTC +04:00)

“Bu gün payız sessiyasının son iclasıdır, 16 plenar iclas keçirilib. 91 qanun və 11 qərar qəbul edilib, 71 qanunda dəyişiklik edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclası keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanunda dəyişiklik edilib: “Bura “Müstəqillik Günü haqqında, amnistiya ilə bağlı Milli Məclisin qərarı, bərpa olunan enerji ilə bağlı və bu gün qəbul edilən “Media haqqında” qanunlar, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR