Milli Məclisdə qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə keçiriləcək

Milli Məclisdə qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə keçiriləcək
# 24 yanvar 2022 11:04 (UTC +04:00)

Milli Məclisdə qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitədə sessiya müddətində qadın hüquqları ilə bağlı Ailə Qadın və Uşaq Komitəsi, bu sahədə mövcud olan vətəndaş, QHT təşkilatları ilə birgə video-konfransın keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda görüşün nəticəsi olaraq təkliflərlə bağlı hesabat hazırlanacaq.

Komitənin iş planına sessiya müddətində “Məişət zorakılığı” mövzusunun aktuallığını nəzərə alaraq paytaxt və bölgələrdə dövlət ailə siyasəti, qadın və uşaqların hüquqları ilə bağlı bütün təbəqələrin iştirakı ilə maarifləndirilmə layihələri, ictimai müzakirələr keçirilməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR