Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Milli Məclis

© APA | Milli Məclis

# 03 iyun 2022 14:00 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR