Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib

Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçilib
# 16 iyul 2022 21:42 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasına yeni İnsan Hüquqları üzrə Müvəkkil təyin olunub.

APA xəbər verir ki, Ali Məclisdə keçirilən səsvermədə Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmiş Günay Rzayeva Ali Məclisin sessiyasında and içib və minnətdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR