Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim edəcək

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 10 yanvar 2022 12:38 (UTC +04:00)

Siyasi partiyalar 2021-ci il üzrə maliyyə hesabatlarını 2022-ci il yanvar ayının 1-dən aprelin 1-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.

APA-nın məlumatına görə, Azərbaycanda hazırda dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR