Partiyaların 50%-dən çoxu MSK-ya hesabat verib

Partiyaların 50%-dən çoxu MSK-ya hesabat verib
# 30 mart 2022 16:41 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edən partiyaların sayı 31-ə çatıb.

APA xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatında olan 58 partiyadan 31-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Başqa sözlə, dövlət qeydiyyatında olan partiyaların 53,4%-i 2021-ci il üzrə maliyyə hesabatlarını təqdim edib.

Həmin partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası (MCP)

“Milli Vəhdət” Partiyası

Böyük Azərbaycan Partiyası

“Qorqud” Partiyası

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Müsavat Partiyası

Azərbaycan Xalq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası (MXP)

“Ana Vətən” Partiyası (AVP)

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

“Ədalət” Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

Azərbaycan Respublikaçılar Partiyası

Milli Həmrəylik Partiyası (MHP)

Aydınlar Partiyası

Cümhuriyyət Xalq Partiyası (CXP)

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Təkamül Partiyası

“Birlik” Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR