Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
# 24 avqust 2019 15:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

APA-nın xəbərinə görə, dövlətimizin başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirdi və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayan qonaq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini bildirib.

Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd olunub, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirilib, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Saat 14:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR