Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir

Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
# 02 iyun 2023 13:45 (UTC +04:00)

“Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir”.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun üçün özəl tərəfdaşlarla əməkdaşlıq edilir: “Bu il 20 min işsiz şəxsə peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq”.

Nazir bildirib ki, sığınacaqlar sosial sifariş əsasında təyin edilir: “Özəl əsaslarla fəaliyyət göstərən 3 böyük sığınacaq var. Müqavilələr imzalanıb, növbəti il daha bir sığınacaq istifadəyə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR