Siyavuş Novruzov: Arzumuz növbəti görüşü Xankəndidə keçirmək olmalıdır

Siyavuş Novruzov: Arzumuz növbəti görüşü Xankəndidə keçirmək olmalıdır
# 30 dekabr 2022 11:53 (UTC +04:00)

“Hesablama Palatasının funksiyası daha da genişləndirilməlidir ki, dövlət büdcəsindən oğurluqların qarşısı alınsın”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu korrupsiyanın da qarşısını almağa kömək ola bilər: “Hamı deputata deyir ki, filan yerdə oğurluq var, filan yerdə korrupsiya var. Amma bu, deputatın işi deyil. Deputat bunu sadəcə, yaza bilər”.

Siyavuş Novruzov qeyd edib ki, həmişə deyirdik növbəti görüşü Şuşada keçirək: “Amma indi bizim arzumuz növbəti görüşü Xankəndidə keçirmək olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR