Siyavuş Novruzov: “Ermənistan açsın qulaqlarını eşitsin” - VİDEO

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 17 iyun 2022 11:30 (UTC +04:00)

“Ermənistan açsın qulaqlarını eşitsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, İrəvan hansı sənədin altına qol çəkibsə, bunun məsuliyyətini dərk etməlidir: “Ona görə də beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. İndiyə qədər etməyiblər, Ermənistan ərköyün övlad kimi davranıb. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı gəlib çatıb. Bu məsələni daha nə qədər uzatmaq istəyirlər? Bu gün ANAMA-nın bir əməkdaşı minaya düşüb. Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq. Ona görə də Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR