2021-ci ilin dövlət büdcəsindən QHT Şurasına 6,3 milyon manat ayrılacaq

2021-ci ilin dövlət büdcəsindən QHT Şurasına 6,3 milyon manat ayrılacaq
# 21 dekabr 2020 13:17 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin həcmi məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 6,3 milyon manat vəsait proqnozlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR