22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticələri ləğv edilib

22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticələri ləğv edilib
  • Clock-gray 19:43
  • calendar-gray 21 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında  22 saylı Nəsimi İkinci  Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb. 

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Qabil Orucov bildirib ki, iddiaçı seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib: “İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

 

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date