63 saylı Sabirabad Birinci Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib

63 saylı Sabirabad Birinci Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 24 fevral 2020 17:31 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Qiyas Sadıqovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi məlum olub.

MSK müraciəti qismən təmin edib və 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR