ANAMA-nın direktoru: "Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir"

ANAMA-nın direktoru: "Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir"
# 12 oktyabr 2020 14:52 (UTC +04:00)

“Gəncəyə atılan raketin birinci hissəsinin qalıqları Mingəçevirdə dağa düşüb partlayan raketin qalıqları ilə eynidir”.

APA-nın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün həmin raketin ən son qalıqlarını müəyyən edib tapıblar: “Raketin qalıqlarının üzərində 8k-14 raketi yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, bu, "Elbrus" sistemi olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR