Azərbaycan Prezidenti İlham Əliyev: "Gələn il bizim üçün böyük quruculuq ili olacaq"

Azərbaycan Prezidenti İlham Əliyev: "Gələn il bizim üçün böyük quruculuq ili olacaq"
# 31 dekabr 2020 15:50 (UTC +04:00)

“Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb. Müharibədən sonra, işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi silmək istədilər, şəhərlərimizi yerlə bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o torpaqlara qayıtmasınlar. Amma səhv etdilər, yanıldılar, biz artıq qayıtmışıq, qayıdacağıq və Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir”.

APA-nın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR