Bakı Şəhər Baş Polis İdarəsi: Bəxtiyar Hacıyevin plakatlarını külək qoparıb - VİDEO - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi: Bəxtiyar Hacıyevin plakatlarını külək qoparıb - VİDEO - YENİLƏNİB
# 06 fevral 2020 16:12 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsi Bəxtiyar Hacıyevin plakatanın küləyin təsirindən qopması ilə bağlı görüntüləri yayıb.

APA həmin görüntünü təqdim edir:

***

5 fevral, saat 18:01

"Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib. Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır”, - deyə E. Hacıyev qeyd edib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev növbədənkənar parlament seçkilərində 29 saylı dairədən namizədliyini irəli sürüb. O sosial şəbəkə hesabında bildirib ki, təbliğat-təşviqat lövhələrindən posterləri cırılıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR