Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb
# 01 aprel 2021 20:08 (UTC +04:00)

Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR