Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib

Bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib
# 29 dekabr 2020 19:47 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

https://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1677673

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR