Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsinə dair yeni prosedur qanunvericiliyə daxil edilir

Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsinə dair yeni prosedur qanunvericiliyə daxil edilir
# 01 may 2020 18:00 (UTC +04:00)

Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsinə yeni prosedur qanunvericiliyə daxil edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli fərmanı “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik və çoxdəfəlik elektron vizalara bölünüb. Müəyyən edilib ki, birdəfəlik və çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilir. “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, bu prosedur qanunvericilikdə əksini tapacaq. Eyni zamanda Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən ediyi qaydada viza veriləcək.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR