Böyük Vətən müharibəsi iştirakçıları yubiley medalı ilə təltif edilib - SƏRƏNCAM

Böyük Vətən müharibəsi iştirakçıları yubiley medalı ilə təltif edilib - SƏRƏNCAM
  • Clock-gray 12:50
  • calendar-gray 01 May 2020

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görməli, yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etməlidir.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date