Bəzi ölkələrin vətəndaşlarının elektron viza almağa dair müraciətinə 3 iş günündə baxılması təklif edilir

Bəzi ölkələrin vətəndaşlarının elektron viza almağa dair müraciətinə 3 iş günündə baxılması təklif edilir
# 17 aprel 2020 16:12 (UTC +04:00)

Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən gec 3 iş günü ərzində baxılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən aşağıdakı ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir:

Hava limanında viza alan ölkə vətəndaşları:

- elektron viza alanlar:

- ABŞ, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Bruney, Cənubi Afrika Respublikası, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta- Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Montenoqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.

Qətər, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Küveyt, Yaponiya, İran, Çin, Koreya, Malayziya, Sinqapur, İsrail, Birləşmiş Ərəb Əmirlikləri üçün sadələşdirilmiş viza rejimi 30 gün müddətinə tətbiq olunur. Türkiyə üçün bu müddət isə 60 gündür. O cümlədən yalnız Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ vətəndaşlarına Heydər Əliyev Beynəlxalq hava limanında 30 günlük viza rəsmiləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR