Cavanşir Paşazadə: “Pay torpaqları ilə bağlı qanun işlək hala gətirilməlidir”

Cavanşir Paşazadə: “Pay torpaqları ilə bağlı qanun işlək hala gətirilməlidir”
# 02 iyun 2020 12:01 (UTC +04:00)

“Biz 3 il öncə pay torpaqları ilə bağlı qanun qəbul etmişik, lakin qanun işləmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavanşir Paşazadə deyib.

O bildirib ki, qanunun işlək hala gətirilməsinə ehtiyac var: “Lənkəran sitrusçuluq və çayçılıqla məşğul olan bölgədir. Xalq Cəbhəsi dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edildi. Suvarma problemi isə bu gün də bu bölgədə qalmaqdadır. Su problemi çayçılığın inkişafına bu gün də mane olur. Su anbarları 60 il əvvəl tikilib, artıq lillə dolub. Anbarları təmizləmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR