Deputat: “Bələdiyyələrin statusu artırılmalıdır”

Deputat: “Bələdiyyələrin statusu artırılmalıdır”
# 09 mart 2021 12:29 (UTC +04:00)

“Bələdiyyələrin statusu artırılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanı tərəfindən 2500-dən çox bələdiyyənin fəaliyyətini fiziki baxımdan da yoxlamaq mümkün deyil: “Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 650 min, bəzilərinə görə 450 min qanunsuz tikili var. Bunların əksəriyyəti bələdiyyələrin verdiyi kağızlarla tikilib. 2008-ci ildən başlayaraq, Prezident İlham Əliyev bu məsələlərə dəfələrlə toxunub. Bununla bağlı komissiya yaradılıb. Ancaq təəssüf ki, bu məsələ hələ də həllini tapmayıb. Bakı kəndlərinə dəmiryolu xətləri çəkiləndə o insanlar oralardan köçürüldü və onlara müvafiq kompensasiyalar ödənildi. Hamı bilir ki, müvafiq dövlət orqanlarının razılığı olmasa, o evlər orada tikilməzdi. Amma indi o evləri rəsmiləşdirmək lazımdır. İslahatlar dərinləşdirilməlidir. Bələdiyyələr rayon icra hakimiyyətində mövcud olan şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Bələdiyyələrə yerli dövlət orqanı statusu verilməli, icra hakimiyyəti orqanları ləğv olunmalıdır. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Şəhərin problemləri ilə insanların seçdiyi insanlar məşğul olmalıdır. Bələdiyyələrə seçkilər professional seçki sistemi əsasında keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR