Deputat köməkçilərinin işə götürülməsinin gecikməsinin səbəbi açıqlanıb

Deputat köməkçilərinin işə götürülməsinin gecikməsinin səbəbi açıqlanıb
# 17 aprel 2020 12:38 (UTC +04:00)

“Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır: “Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.

Millət vəkili Sabir Rüstəmxanlı isə artıq deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib: “Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır”.

Spiker Sahibə Qafarova bildirib ki, hələ bir çox deputatın sənədləri hazır deyil: “Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənəd qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq, heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR