Dövlət Himnindən istifadə qaydalarına dair qanunun icrası ilə əlaqədar üç qanuna dəyişiklik edilir

Dövlət Himnindən istifadə qaydalarına dair qanunun icrası ilə əlaqədar üç qanuna dəyişiklik edilir
# 17 aprel 2020 17:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət himni ifa ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsi birinci oxunuşda səs qoyularaq qəbul edilib.

Qeyd edək ki, hər üç qanuna "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə əlaqədar dəyişiklik təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR