Dövlət başçısına yazırlar: “Bir daha sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir”

Dövlət başçısına yazırlar: “Bir daha sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir”
  • Clock-gray 18:36
  • calendar-gray 23 Aprel 2020

Vətəndaşlar ölkənin müxtəlif yerlərindən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları göndərməyə davam edir.

APA məktublardan bir neçəsini diqqətə çatdırır:

 

“Möhtərəm cənab Prezident.

Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində bütün dünyada yayılmış koronovirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına nail ola bilmişik. Bu ancaq Sizin uzaqgörən siyasətinizin və millətimizə olan qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu. İdman sahəsində olduğu kimi bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Namazov Vüqar Binnət oğlu

Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığınız addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzun bariz nümunəsidir.

Bütün dünyanı cənginə almış pandemiya zamanında uzaqgörən siyasətinizlə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xalqımızın bu bəladan xilas olması yolunu müəyyənləşdirdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbərliyə alınması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənizin təsdiqidir.

Xüsusilə Sizin Sərəncamınızla imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Sizin onları düşündüyünüzün ən gözəl nümunəsidir.

Möhtərəm cənab Prezident, Sizi bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədəuyğun tədbirləri alqışlayır, Sizə “Əhsən!” deyir. Bir sözlə, uzaqgörən, müdrik, çevik siyasətinizlə Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoydunuz. Eşq olsun Sizə!

Hörmətlə,

Rzayev Gülağa, Astara Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Astara rayonu”. 

 

“Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi əlil olaraq bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Koronavirusun ağuşuna aldığı ölkələrin statistikasını ölkəmizdəki vəziyyətlə müqayisə etdikdə Sizinlə qürur duyuram. Bu göstərici Sizin gərgin əməyinizin nəticəsidir. Allah Sizi qorusun. Mən fəxr edirəm ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan belə əmin əllərdədir.

Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə 1990-cı illərdə Azərbaycanı fəlakətlərdən, təlatümlərdən xilas etdi. Siz də bu gün xalqımızı gözəgörünməz bəladan xilas edirsiniz.

Cənab Prezident, Siz təkcə Heydər Əliyev siyasi məktəbinin deyil, bütövlükdə onun həyat məktəbinin yetirməsisiniz. Biz ona görə xoşbəxt xalqıq ki, Ulu Öndərimizin Azərbaycan üçün gördüyü işləri Sizin kimi müdrik siyasi xadim davam etdirir.

Dərin hörmətlə,

Qasımov Söhrab Əyyub oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Bəşəriyyət koronavirus pandemiyasının tüğyanına məruz qalmış, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri dəhşətli bir sınağa çəkmişdir. Bu, insan həyatının bütün sahələrinə mənfi təsirini göstərməkdədir. Dəhşətli xəstəlik dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə çoxsaylı insan tələfatlarına səbəb olmaqla, eyni zamanda bir çox hallarda onları pandemiyanın qarşısının alınmasında aciz vəziyyətə salmışdır.

Ölkələr koronovirusla mübarizədə müxtəlif vaxtlarda və müxtəlif formalarda başladılar. Sizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vəziyyəti düzgün qiymətləndirməyiniz, vaxtında qəbul etdiyiniz qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının, çoxsaylı insan tələfatının qarşısı alındı.

Sizin “Biz birlikdə güclüyük” çağırışınız cəmiyyətdə bir şüara çevrildi. Cəmiyyətimiz bir daha yüksək keyfiyyətlərini ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyinin, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi.

Hörmətli Prezidentimiz, məmnuniyyətlə qeyd etmək istəyirik ki, belə çətin bir zamanda əhalinin, o cümlədən cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi əlilliyi olan şəxslərin sosial təminatları diqqət mərkəzində saxlanıldı və sosial siyasətin dövlətin əsas istiqaməti olduğunu bir daha göstərdi.

Hörmətli cənab Prezident, böyük həqarət və təəssüflə qeyd edirik ki, belə bir zamanda dövlətin və millətin mənafelərinin əksinə olaraq, bəzi siyasi qurumlar, xarici təxribatçı və düşmən qüvvələrin sifarişlərini yerinə yetirənlər bir daha iç üzlərini göstərməyə başlamışlar. Azərbaycan əleyhinə müxtəlif üsullarla təbliğat aparır, görülən işlərə kölgə salmaq istəyirlər. Lakin həmişə olduğu kimi koronavirusun yayılmasının qarşısının alınmasında xalq-hakimiyyət birliyi düşmən qüvvələrin kəskin cavabını verərək onların arzularını heçə endirdi.

Hörmətli cənab Prezidentimiz, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində koronavirusun yayılmasının qarşının alınması istiqamətində fəaliyyətlər uğurla davam etdiriləcək və qarşısı alınacaqdır. Əminik ki, Sizin yüksək səriştəniz, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Respublikası post-pandemiya dövründə də inkişaf edəcək və çiçəklənəcəkdir.

Dərin hörmət və ehtiramla,

Davud Rəhimli

Əlil Təşkilatları İttifaqının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

 

“Hörmətli cənab Prezident.

Bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun bizim ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə kəndimizin 6 mindən çox əhalisi adından minnətdarlığımızı bildirirəm.

Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzlə çalışaraq ərsəyə gətirdiyiniz bütün işlərdə Sizinlə yanaşı Mehriban xanımın da əməyi danılmazdır. Bir daha sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizin üçün əziz və qiymətlidir.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şəhid atası İsmayılov Arif Məhəmməd oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu, Ləkçılpaq kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Biz Göyçay rayon təhsil işçiləri dünyanı əsarət altına alan koronovirus epidemiyası ilə mübarizə dövründə Sizin Azərbaycan xalqının sağlamlığı uğrunda apardığınız böyük mübarizəni məmnunluqla izləyirik. Dünyanın ən güclü ölkələrində epidemiya minlərlə insanın vəfatına, iqtisadi böhrana, yüz minlərlə insanın xəstələnməsinə yol açdığı bir dövrdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə epidemiyanın yayılmasının qarşısı alınmış, ölüm faktları minimum səviyyədə olmuşdur. Azərbaycan səhiyyə sisteminin inkişafının nəticəsidir ki, virusa yoluxan vətəndaşlarımız öz sağlamlıqlarına qovuşur və sağalan xəstələrin sayı günbəgün artır.

Cənab Prezident, xüsusi karantin dövründə Sizin rəhbərliyinizlə aztəminatlı ailələrə göstərilən maddi yardımların nəticəsidir ki, insanlar bu çətin dövrdə öz rahat həyatlarına davam edirlər. Biz inanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında bu bəlanın öhdəsindən gələcək, günəşli sabahlar daha aydın olacaqdır. Odur ki, Göyçay rayon təhsil işçiləri həmişə Sizin arxanızdadır, Sizinlələ birlikdədir, Sizə inanır, Sizi sevir, Sizə güvənir. Tanrı Sizin yar və yardımçınız olsun.

Hörmətlə,

Qurbanov Qurban Heydər oğlu

Göyçay rayon İnçə kənd tam orta məktəbinin biologiya müəllimi, Respublikanın Əməkdar müəllimi

Azərbaycan Respublikası, Göyçay rayonu”.

 

“Cənab İlham Əliyev.

Mən tarixin keşməkeşli illərini görmüş bir insanam. İkinci Dünya müharibəsində Azərbaycanın altı yüz mindən çox oğul və qızı amansız döyüşlərə səfərbər olunmuşdular. Onlardan üç yüz min nəfərdən çoxu torpaq uğrunda öz canlarını qurban verdilər. Həlak olanların övladları yetimxanalarda, ailələri isə aclıqdan dünyalarını dəyişdilər. İndiki şəraitdə insanlara edilən yardım heç o vaxt onlara göstərilməmişdi.

Siz dünya şöhrətli ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın Ümummilli Lideri dünya siyasət meydanının nəhənglərindən biri, bəlkə də birincisi idi.

Cənab Prezident, Siz xalqımız üçün bu ağır günlərdə çox cəsarətli və uzaqgörən addımlar atırsınız. Xalqımızın xilası uğrunda çox böyük işlər görürsünüz. Dünyanın aparıcı dövlətləri bu amansız koronavirusun əlində aciz qalıblar. Biz dünyada böyük dövlətlərdən olmasaq da, Sizin qabaqlayıcı tədbirləriniz, xalqın xilası naminə gördüyünüz işlər nəticəsində bu virusla mübarizədə əksər ölkələrdən daha yaxşı durumda olmağımız göz qabağındadır.

Mən şəxsən öz adımdan və ailəm adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı çatdırıram. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tağızadə Səfərqulu, şair-publisist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Mən müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq bu məktubu yazmağı özümə borc bildim. İlk olaraq onu bildirmək istərdim ki, hər bir Azərbaycan gənci, həmçinin bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Sizə etibar edir, hər bir işdə Sizə güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir. İnanırıq ki, Sizin düşünülmüş siyasətiniz nəticəsində biz azərbaycanlılar bütün çətin sınaqlardan uğurla çıxacağıq.

Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri adından Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Məlumdur ki, dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Bəşəriyyətin üzləşdiyi koronovirus pandemiyasının törətdiyi fəsadlar bir çox dünya ölkələrində milli fəlakət səviyyəsinə kimi yüksəlməkdədir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən Liderimiz var. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər, Sizin bu sahədə qəbul etdiyiniz qərarlar və hər bir çıxışınız xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Cənab Prezident, Sizə hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Ulu Öndərin daxili və xarici siyasət strategiyasının parametrləri Sizin sayənizdə ləyaqətlə davam etdirilməkdədir. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Sizə tükənməz müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Cəfərbəyli Yusif Vahid oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.

Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. “El bir olsa dağ oynadar yerindən”, biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri adından

Rəhimova Nurgözəl Fazil qızı

Azərbaycan Respublikası, Saatlı rayonu, Günəşli kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, əmin ola bilərsiniz ki, xalqımız Sizə inanır və yalnız Sizə güvənir. Əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində dövlətimiz bu vəziyyətdən qısa müddətdə mətanətlə çıxacaqdır.

Cənab Prezident, xalq Sizin gördüyünüz işləri dəstəkləyir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz. Biz birlikdə güclüyük. Allah Sizi və bütün Azərbaycan xalqın qorusun.

Dərin hörmətlə,

Hüseynov Əhəd Qalamirzə oğlu - təhsil işçisi

Azərbaycan Respublikası, Saatlı rayonu, Bəylər kəndi”.

 

“Hörmətli cənab Prezident.

Son zamanlar dünyanı cənginə alan, kabusa çevrilən koronavirus xəstəliyi bizim respublikamızda da narahatlıq yaratmışdır. Sizin çevik və uzaqgörən siyasətiniz nəticəsində epidemiyanın respublika daxilində geniş miqyas almaması üçün müvafiq tədbirlər görüldü.

Sizin göstərişinizlə qısa müddətdə Sumqayıt şəhərində insan sağlamlığı üçün zəruri olan tibbi maska istehsalı müəssisəsi yaradılıb. Bununla yanaşı, Sizin Sərəncamınızla əhalinin işsiz təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədilə aylıq 190 manat məbləğində müavinətin verilməsi qəsəbəmizin sakinləri arasında böyük ruh yüksəkliyi ilə qarşılandı.

Qocalara, ahıl və tənha insanlara, xəstələrə göstərilən qayğıya, eyni zamanda, şəhərimizə və qəsəbəmizə edilən köməyə görə Sizə minnətdarlığımızı bildiririk.

Sizin bir ata, bir qardaş kimi, eyni zamanda, hörmətli Mehriban xanımın bir ana, bir bacı kimi xalqımıza müraciətləriniz hamımız tərəfindən böyük ehtiram və məhəbbətlə qarşılandı. Biz bir daha əmin olduq ki, dövlətimizin yaxından köməyi ilə bu bəladan tezliklə qurtulacağıq.

Qəsəbə sakinləri adından dərin hörmətlə,

Qafarov Arif Zəbi oğlu

Cavadov Mansur Ağalar oğlu

Həşimova Məleykə Elman qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi”.

 

“Hörmətli cənab Prezident.

Hazırda dünyada sosial bəlaya çevrilən COVİD-19 virusu ölkəmizdən də yan keçmədi. Buna baxmayaraq, Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də, xüsusən bu günlərdə gücləndirilmiş iş rejimi ilə çalışan tibb işçilərinin maaşlarının artırılması, ehtiyacı olanlara sosial müavinətlərin verilməsi, yaşı 65-dən yuxarı olan tənha insanlara sosial xidmətlərin göstərilməsi və bu işlərə şəxsən nəzarət etməniz bizlərə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir. Hər zaman biz vətəndaşların yanında olduğunuz üçün Sizə Qaradağ rayonu təhsil işçiləri adından dərin minnətdarlığımızı bildirik.

Hörmətlə,

Qaradağ rayonu təhsil işçiləri adından

Əməkdar müəllim Rzayeva Zümrüd Lazım qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu”.

 

“Hörmətli cənab Prezident.

Hazırda koronavirus səbəbindən yaşanan çətin dövrdə biz dövlətimizin qayğısını görür və hiss edirik. Karantin rejiminin tətbiqi ilə əlaqədar aztəminatlı ailələrə göstərilən ərzaq yardımına görə qəsəbəmizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

“Ehtiyat igidin yaraşığıdır” - deyib atalar. Bu çətin vəziyyətdə biz dövlətimizin nə qədər ehtiyatlı davrandığının, vaxtında necə doğru işlər gördüyünün şahidi olduq. Nahaq yerə Sizin siyasətinizi uzaqgörən siyasət adlandırmırıq ki...

Əziz Prezidentimiz, bu qətiyyət, bu hünər ki, Siz də var, biz çox çətinliklərin öhdəsindən gələrik. Yetər ki, bir olaq, birgə olaq, bir hədəfə vuraq!

Hörmətlə,

Əliyeva Həlimə Səfər qızı

Əhmədova Züleyxa Allahverdi qızı

Abdullayeva Bəturə Teymur qızı və başqaları.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi”.

 

“Hörmətli cənab Prezident.

Bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Görülən bütün tədbirlər şübhəsiz ki, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi də görülən tədbir sırasındadır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, 6 modul tipli xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından bir daha əminlik yaradır.

Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sizinlə birlikdə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusi qeyd olunmalıdır. Yürüdülən müdrik siyasət, düzgün mübarizə tədbirləri və əhalinin bu işlərə cəlb edilməsi dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 67 minlik veteran ordusu adından ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Sizə təşəkkür edir və işlərində uğurlar arzu edirik. Biz veteranlar əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə,

Rzaquliyev Füzuli Ədəb oğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

 

“Hörmətli cənab Prezident.

Hamımıza məlumdur ki, bütün ölkələrdə dünyanı bürümüş koronovirusla mübarizə tədbirləri görülür. Sizin rəhbərliyinizlə bizim ölkəmizdə də bu virusa qarşı qabaqlayıcı tədbirlər görülür. Ölkəmizdə karantin rejiminin tətbiqi hər bir vətəndaşın sağlamlığına, sosial rifahına göstərilə qayğının təzahürüdür. Bizə göstərdiyiniz bu qayğını böyük minnətdarlıq hissi ilə qarşılayırıq. Sizinlə, hamımızın sevimlisi Mehriban xanımla fəxr edirik. Fəxr edirik ki, Sizin kimi ürəyi xalqla döyünən prezidentimiz var. Hər birimiz əminik ki, xalqımıza göstərdiyiniz qayğı, koronavirusa qarşı tətbiq olunan qabaqlayıcı tədbirlər sayəsində bu virusdan tezliklə qurtulacağıq. Allah Sizi, ailənizi, xalqımızı qorusun.

Dərin hörmətlə,

Xanım İsayeva

Azərbaycan Respublikası, Zaqatala rayonu”.

 

“Hörmətli İlham Heydər oğlu.

Respublikamız üçün bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, dövlətimiz və onun rəhbəri biz sadə vətəndaşların yayındadır. Səngəçal kimi qəsəbələrin sakinlərinə göstərdiyiniz diqqəti və köməyi biz ulu öndər Heydər Əliyevin dövründə də görmüşük. Biz bunu həmin diqqət və qayğının davamı kimi dəyərləndiririk.

İnanırıq ki, Sizin rəhbərliyinizlə hökumətimiz yaranmış vəziyyətdən şərəflə çıxacaq və tezliklə həyatın normal axarı, həmçinin ölkəmizin iqtisadiyyatı bərpa olunacaq.

Sizə əzmkarlıq və möhkəm cansağlığı arzulayıram.

Hörmət və minnətdarlıqla,

Veselyuk Bella

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi”.

 

“Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident.

Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir.

İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq.

Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.

Dərin hörmət və ehtiramla,

Aşıq Namiq Fərhadoğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.

 

“Hörmətli cənab Prezident, Ali Baş Komandanımız.

Bu məktubla Sizə ailəm adından sadəcə minnətdarlığımı bildirmək istəyirəm. Mən bir musiqiçi və hərbçi olaraq çox xoşbəxtəm ki Sizin rəhbərliyiniz altında gözəl və firavan ölkədə yaşayırıq. Bir çox ölkələrin əhalisindən fərqli olaraq bu ağır günlərdə yaratdığınız rahat şərait sayəsində maddi və mənəvi baxımdan heç bir çətinlik yaşamırıq. Evdə qaldığımıza baxmayaraq, aylıq məvacibimizi alırıq. Buna görə Sizə ailəm adından və öz adımdan çox təşəkkür edirəm. Allah Sizi, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanımı və ailənizi qorusun. Ümummilli liderimiz Heydər Əliyevin ruhu şad olsun. Çünki Siz onun yolunu layiqincə davam etdirirsiniz.

Dərin hörmətlə,

Abdullayeva Nərmin Cəmil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq ölkə başçısı kimi 2003-cü ildən ötən dövr ərzində misilsiz xidmətləriniz sayəsində müasir Azərbaycanımızın dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlməsi ölkə vətəndaşları kimi biz qazaxlı gənclərdə də qürur və iftixar hissi yaratmışdır. Qazax rayonunda böyüyən gənclərin gələcəyi üçün qurub yaratdıqlarınıza görə Sizə bir gənc kimi öz minnətdarlığımı bildirirəm. Rəbbim Sizi qorusun.

Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə vətəndaşların sağlamlığını düşünərək görülən qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkilinə görə bir gənc kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz gənclər Sizin göstərdiyiniz dəstək və qayğını heç vaxt unutmayacağıq. Azərbaycan xalqı Sizə ürəkdən inanır, hər bir işdə Sizə güvənir, Azərbaycan Prezidentinin dəstəyini, gücünü daim hiss edir və Sizinlə qürur duyur.

Hörmətlə,

Abbasov Şəhadət Əsəd oğlu

Azərbaycan Respublikası, Qazax rayonu”.

 

“Çox hörmətli cənab Prezident, əzizimiz Mehriban xanım.

Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində gördüyünüz işlər, verdiyiniz Sərəncamlar, bu çətin dövrdə əhaliyə göstərdiyiniz dəstək biz oğuzlular tərəfindən böyük rəğbət və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizə, dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə olan ümidləri hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz. Siz Azərbaycanın qəhrəmanısınız. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Əliyeva Ziyafət Mustafa qızı

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü

Azərbaycan Respublikası, Oğuz rayonu”.

 

“Hörmətli cənab Prezident.

Bütün dünyanı dəhşətə gətirən koronovirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Çünki Siz insanların sağlamlığını düşünərək vacib addımlar atırsınız. Ulu öndər Heydər Əliyevin davamçısı kimi hər bir vəziyyəti çevik idarə etməyinizin sübutudur ki, bu günlərdə Azərbaycan koronovirusla mübarizədə ağır nəticələrlə qarşılaşmayıb. Əhalinin aztəminatlı hissəsinə verilən müavinətlər, kommunal ödənişlərə edilən güzəştlər, koronovirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, güzəştli subsidiyaların ayrılması insanların Sizə olan inamını daha da artırdı. Biz birlikdə güclüyük, cənab Prezident. Samux sakinləri Sizin bütün təşəbbüslərinizi dəstəkləyir. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin sınaqdan üzüağ çıxacağıq. Siz həmişə xalqa arxalanmısınız. Elə arxalanan sərkərdə həmişə qalib olar.

Dərin hörmət və ehtiramla,

Nəbiyeva Gülmira

Mustafayev İbrahim

Rüstəmov Anar

Azərbaycan Respublikası, Samux rayonu”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date