Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi məsələsi MM-in gündəliyinə salınıb

 Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü  təyin edilməsi  məsələsi MM-in gündəliyinə salınıb
# 06 aprel 2020 12:06 (UTC +04:00)

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik olub.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, gündəliyə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.

Beləliklə, Milli Məclisin aprelin 9-na təyin olunmuş plenar iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 6-ya çatıb.

Bundan əvvəl plenar iclasda Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatın, ikinci oxunuşda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarılacağı açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR