Lalə Şövkət əməliyyat olunub, hazırda reanimasiyadadır

Lalə Şövkət əməliyyat olunub, hazırda reanimasiyadadır
# 22 avqust 2020 15:41 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”.

Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR