Latviyadan olan müşahidəçi: “Parlament seçkiləri Avropa standartlarına uyğun keçirilib”

Latviyadan olan müşahidəçi: “Parlament seçkiləri Avropa standartlarına uyğun keçirilib”
  • Clock-gray 10:57
  • calendar-gray 10 Fevral 2020

“Azərbaycanda növbədənkənar parlament seçkiləri Avropada olduğu kimi yüksək demokratik standartlara uyğun keçirilib”.

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Latviyadan olan müşahidəçilərin nümayəndəsi Armands Krauze deyib. Onun sözlərinə görə, təqdiredici haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak edib: "Bu o deməkdir ki, siyasi proseslər həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur ",- deyə A. Krauze qeyd edib.

O təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesinin qənaətbəxş təşkil olunduğunu vurğulayıb.

Hüseyn Vəliyev

Digər xəbərlər