MM-in Elm və Təhsil komitəsinin 2021-ci il üzrə yaz sessiyası üçün İş planı məlum olub

MM-in Elm və Təhsil komitəsinin 2021-ci il üzrə yaz sessiyası üçün İş planı məlum olub
# 15 yanvar 2021 12:36 (UTC +04:00)

Millİ Məclisin Elm və Təhsil komitəsinin 2021-ci il üzrə yaz sessiyası üçün İş planı məlum olub.

APA-nın məlumatına görə, komitənin 2021-ci ilin yaz sessiyası üçün İş planına 6 məsələ daxil edilməsi təklif edilir.

İş planına aşağıdakı məsələlər daxildir:

- “Ali Təhsil haqqında” qanun layihəsinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsi

- Komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və skspertizası

- Digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclasılarında iştirak

- Komitədə qəbul edilmiş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi

- Komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı

- Komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması və komitədə müzakirəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR