MM üzvü: “Karantin rejimlərini müqayisə edənlər yaxşı olar ki, xalqların davranış qaydalarını da müqayisə etsinlər”

MM üzvü: “Karantin rejimlərini müqayisə edənlər yaxşı olar ki, xalqların davranış qaydalarını da müqayisə etsinlər”
# 06 avqust 2020 11:31 (UTC +04:00)

“Bu gün iqtisadi fəallığın məhdudlaşdırılmasının əleyhinə olan vətəndaşlar sabah xəstəlik artsa, bu açılışlara gedilməsinə qarşı fikirlər səsləndirəcəklər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.

H. Babaoğlu bildirib ki, biz koronavirusla birgə yaşamağı öyrənməliyik: “Skandinaviya və Şərqi Avropanın bəzi ölkələrində artıq birgə yaşayış şərtlərinə əməl edilir. Sosial məsafə, maska taxmaq, gigiyena qaydalarına əməl olunur. Biz düşünməliyik ki, buna nə dərəcədə əməl edirik? Yəni karantinlə bağlı tətbiq edilən rejimləri müqayisə edənlər yaxşı olar ki, xalqların davranış qaydalarını da müqayisə etsinlər”.

Deputat qeyd edib ki, ÜST tərəfindən peyvəndin tapılıb-tapılmaması ilə bağlı fikirlər səsləndiriləndə bunu qorxu kimi qəbul etməyənlər, biz bu fikirləri səsləndirəndə bunu qorxu kimi qələmə verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR