MSK 68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin iki məntəqə seçki komissiyası barədə ciddi ölçü götürəcək

MSK 68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin iki məntəqə seçki komissiyası barədə ciddi ölçü götürəcək
# 24 fevral 2020 18:04 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən qeydiyyata alınmış Müsavat Partiyasının namizədi Davud Qurbanovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

V. Kazımova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb.

D. Qurbanov səsvermə günü səslərin sayılması zamanı 9 və 25 saylı seçki məntəqələrinə buraxılmadığını, məntəqə sədrlərinin təzyiqləri ilə üzləşdiyini söyləyib.

MSK sədri Məzahir Pənahov 68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin 9 və 25 saylı məntəqə seçki komissiyaları barədə ciddi ölçü götürüləcəyini söyləyib.

MSK müvafiq dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb və müraciətin təmin edilməməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR