MSK-nın sədr müavini: “Təhlükəsizlik kameralarının üzəri beynəlxalq və yerli müşahidəçilərin tövsiyəsi ilə örtülüb”

MSK-nın sədr müavini: “Təhlükəsizlik kameralarının üzəri beynəlxalq və yerli müşahidəçilərin tövsiyəsi ilə örtülüb”
# 09 fevral 2020 12:19 (UTC +04:00)

“Veb-kameralar saat 07.45-dən aktivdir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, veb-kameralar səsvermə başlamazdan əvvəl fəaliyyətə başlayıb:

“Sosial şəbəkələrdə olan bəzi istifadəçilər məlumat yaymağa çalışırdı ki, veb-kameraların üzəri bağlanıb. Amma veb-kameralar tam olaraq fəaliyyət göstərir. Təhlükəsizlik kameralarının bəziləri məntəqə seçki komissiyasında yerləşir. Beynəlxalq və yerli müşahidəçilər tövsiyə etdi ki, onların üzəri örtülsün. Bundan öncəki seçkilərdə də belə olub. Burada veb-kameraların üzərinin örtülməsindən söhbət gedə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR