MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi barədə məlumatlara münasibət bildirib

MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi barədə məlumatlara münasibət bildirib
# 19 fevral 2020 16:54 (UTC +04:00)

“MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur: “Müraciətlərə baxılan zaman müraciətin poçta təqdim olunduğu tarix əsas götürülür. Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR