MSK sədri: “Namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinə uyğun davranmalıdır”

MSK sədri: “Namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinə uyğun davranmalıdır”
# 23 yanvar 2020 17:09 (UTC +04:00)

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır: “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR