MSK: Azərbaycanda 1 milyon nəfərdən çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var

MSK: Azərbaycanda 1 milyon nəfərdən çox yeni nəsil şəxsiyyət vəsiqəsi olan seçici var
  • Clock-gray 12:52
  • calendar-gray 22 Dekabr 2019

Azərbaycanda artıq əhalinin 1,5 milyon nəfərindən çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib, onların 1 milyon nəfərdən çoxu seçicidir.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında  deyib

O bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqəsində ünvan və verilmə tarixi yoxdur: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date