Mikayıl Cabbarov: "Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb"

Mikayıl Cabbarov: "Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb"
# 14 aprel 2020 23:31 (UTC +04:00)

"Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır".

APA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalıb: "Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR