Milli Məclisin payız sessiyasının son iclasının gündəliyi məlum olub

Milli Məclisin payız sessiyasının son iclasının gündəliyi məlum olub
  • Clock-gray 14:52
  • calendar-gray 29 Dekabr 2020

Milli Məclisin payız sessiyasının son iclasının gündəliyi məlum olub. 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, parlamentin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyinə 6 məsələ daxil edilib. 

İclasın gündəliyinə daxil edilən məsələlər bunlardır:

1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

6. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Firuzə Vahid

Digər xəbərlər