Millət vəkili: “Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılmalıdır”

Millət vəkili: “Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılmalıdır”
# 02 aprel 2021 15:58 (UTC +04:00)

“Şəhid, şəhid ailələrinin və veteranlarının reyestrinin aparılması çox mütərəqqi addımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, bu kateqoriyadan olan insanların uzaq bölgələrdən Bakıya gəlməsinə ehtiyac olmamalıdır: “Regional qeydiyyat yaradılmalıdır. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır. Şəhid adının məktəblərə verilməsi ilə bağlı problemlər var. Şəhid ailələrini, məktəbin kollektivini məmnun etmək üçün adların verilməsi qaydasında dəyişiklik edilməlidir. Küçələrə adların verilməsi, şəhid muzeyinin salınması və s. məsələləri sadə vətəndaşlar həll etmək istəyəndə, yerli orqan bunu öz üzərinə götürdüyünü deyir, daha sonra mərkəzi icra orqanının üzərinə atır və yekunda nəticə olmur. Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə yenidən baxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR