Millət vəkili: "Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyovun, Bülbülün heykəlləri ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun"

Millət vəkili: "Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyovun, Bülbülün heykəlləri ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun"
# 08 may 2020 11:38 (UTC +04:00)

“Biz inanırıq ki, Ali Baş komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir: “Bu gün şəhidlərimizi rəhmət və sayğı ilə anıram. Şuşanın simvolu Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyovun və Bülbülün heykəlləri erməni vandallığınınm qurbanıdır. Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR