Millət vəkilləri koronavirusla bağlı həkim müayinəsindən keçiblər

Millət vəkilləri koronavirusla bağlı həkim müayinəsindən keçiblər
# 09 mart 2020 11:53 (UTC +04:00)

Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır: “Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib. Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR