Məzahir Pənahov: “Məntəqələrdəki kameraların işlək vəziyyətdə olmaması ilə bağlı məlumatlar əsassızdır”

Məzahir Pənahov: “Məntəqələrdəki kameraların işlək vəziyyətdə olmaması ilə bağlı məlumatlar əsassızdır”
# 23 dekabr 2019 14:56 (UTC +04:00)

"Sosial şəbəkələrdə bəzi məntəqələrdə onlayn kameraların işlək vəziyyətdə olmaması ilə bağlı məlumatlar əsassızdır".

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycandan kənarda yaşayan bloqgerlərden biri ictimaiyyətə belə bir məlumat verib: "Bu məsələ aydınlaşdırılıb. Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifadə olunmazdan əvvəl sistem yenilənməlidir. Hazırda 1000 veb-kameramız var. Yoxlamaq olar ki, onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq üçün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR