Prezident: “Azərbaycanda əhalinin sayına görə koronavirusa yoluxma və ölüm çox aşağı səviyyədədir”

Prezident: “Azərbaycanda əhalinin sayına görə koronavirusa yoluxma və ölüm çox aşağı səviyyədədir”
# 31 mart 2020 18:36 (UTC +04:00)

“Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu gündən etibarən qüvvəyə minmiş qaydalar müsbət dinamikanı gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR