Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO
  • Clock-gray 16:15
  • calendar-gray 24 Mart 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan bu kompleks, həmçinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsi, Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan layihələr barədə məlumat verdi.

Bu layihənin icrası üçün 2017-ci ilin fevralında Agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Həmin il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulub. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdırma işlərinə xüsusilə diqqət yetirilib. Burada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onlardan 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95%-i yerli istehsaldır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Burada 1 920 şagird yerlik məktəb binası da inşa olunub. Tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.

Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da inşa olunub. Burada balacaların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar var.

 

Hövsan yaşayış kompleksi Agentliyin ikinci layihəsidir. İlk layihə olan Yasamal yaşayış kompleksində mənzillərin satışı tam başa çatdırılıb. Beləliklə də, ümumilikdə, 1 654 ailə güzəştli mənzilə sahib olmaqla yaşayış şəraitini yaxşılaşdırıb.

13:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi – Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO"> YENİLƏNİB - FOTO" data-description="gallery" alt="Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO">
apa-logo-mini

Digər xəbərlər

Arxiv

date