Prezident: “Mənə ünvanlanan məktublar göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verir”

Prezident: “Mənə ünvanlanan məktublar göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verir”
  • Clock-gray 18:48
  • calendar-gray 17 Aprel 2020

“Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir”. 

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

“Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək”, - deyə dövlət başçısı əlavə edib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date