Bank Of Baku

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını əbədiləşdirən tarixi qərardır - RƏY

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını əbədiləşdirən tarixi qərardır  - RƏY
# 20 sentyabr 2026 14:31 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasi-diplomatik və hərbi strategiyanın nəticəsidir.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov

O qeyd edib ki, Ermənistan uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək ölkə ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb: “Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə və hərbi cinayətlər törədilib. Şəhər və kəndlər viran qoyulub, qətliamlar, o cümlədən Xocalı soyqırımı törədilib. BMT başda olmaqla beynəlxalq təşkilatlar və beynəlxalq birlik Ermənistana qarşı məcburetmə tədbirləri həyata keçirmədi. Əksinə, müəyyən dairələr işğalın nəticələrini qanuniləşdirməyə çalışdılar. ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti də münaqişənin həllinə deyil, mövcud vəziyyətin qorunmasına xidmət etdi”.

Politoloqun sözlərinə görə, Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarının böyük hissəsini işğaldan azad edib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaq öhdəliyi götürsə də, bunu yerinə yetirməyib.

Ermənistan 2020-ci ildən sonra istehsal olunmuş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə daşıyırdı. Təxminən 480 kilometrlik təmas xətti boyunca yeni minalanmış sahələr yaradılmış, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi qurulmuşdu. Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi hazırlanmış, kəşfiyyat-müşahidə vasitələri quraşdırılmışdı”, – o bildirib.

19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixi yaddaşında əbədi  qalacaq – şərəfli tariximizin bir günlük səhifəsi

Zaur Məmmədov xatırladıb ki, 2023-cü il sentyabrın 18-də qanunsuz erməni silahlı dəstələri Azərbaycanın hava məkanında uçuşlar həyata keçirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə radiomaneələr tətbiq edib: “Sentyabrın 19-da isə Xocavənd rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil, ardınca hadisə yerinə gedən polis əməkdaşlarının avtomobili minaya düşüb. Nəticədə insanların həlak olması erməni silahlı birləşmələrinin təxribat-diversiya fəaliyyətinin ardıcıl və davamlı xarakter daşıdığını bir daha göstərib.

Azərbaycan 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah edərək ərazilərimizdən çıxarmaq və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı dəstələri tərksilah edildi, Azərbaycan ərazisindən çıxarıldı. Bununla da ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Sonrakı dövrdə Rusiya sülhməramlı kontingenti də Azərbaycan ərazisini tərk etdi”, – politoloq vurğulayıb.

Onun sözlərinə görə, dövlət suverenliyinə aparan yol Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin, keçirdiyi görüşlərin, çıxış və müsahibələrində nümayiş etdirdiyi prinsipial mövqenin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət  Bayrağını ucaldıb və çıxış edib » FACT-INFO.AZ

Zaur Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam tarixi Qələbənin siyasi və hüquqi əhəmiyyətini özündə ehtiva edir: “20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını əbədiləşdirən tarixi qərardır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR