Prokurorluq: “Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırma başlanılıb”

Prokurorluq: “Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı araşdırma başlanılıb”
  • Clock-gray 00:37
  • calendar-gray 10 Noyabr 2020

Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb, nəticəsindən asılı olaraq qanuni və obyektiv qərarın qəbul edilməsi təmin ediləcək.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib. 

Qeyd edilib ki, məsələ ilə bağlı Baş Prokurorluq öz dərin təəssüfünü bildirməklə, həlak olan ekipaj üzvlərinin ailələrinə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.

 

apa-logo-mini

Digər xəbərlər