Razi Nurullayev: "Partiyanın adının dəyişdirilməsini də düşünürük"

Razi Nurullayev: "Partiyanın adının dəyişdirilməsini də düşünürük"
# 21 iyul 2020 16:23 (UTC +04:00)

“İyul ayının 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının onlayn qurultayı keçiriləcək”.

Bunu APA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, gündəlikdə bir neçə məsələ var: “Partiyanın yeni Nizamnamə və məramnaməsi qəbul olunacaq. Ən vacib məsələlərdən biri partiyanın adı ilə bağlı olan məsələdir. Bununla bağlı hazırda partiyada müzakirələr gedir. Müəyyən qərarlar da qəbul olunacaq. Ümumiyyətlə, bu məsələlərin hüquqi müstəvidə artıq həllini tapmasını istəyirik. Çünki eyni adda iki partiya ola bilməz. AXCP ya biz olmalıyıq, ya da onlar. Ya da biz başqa yol seçməliyik. Bu təkliflər hamısı masa üzərindədir. Məqbul və mütləq şəkildə bu təkliflərdən biri seçiləcək. Adla bağlı məsələdə maraqlı qərar gözlənilir. Partiyanın adına yeni söz əlavə edilməsi, ad üzərində fokuslaşaraq, məsələni məhkəmə müstəvisinə daşımaq məsələsi, adın tamamilə, ya da qismən dəyişdirilməsi məsələsi də müzakirə edilir”.

O, sədrlik məsələsinə də toxunub: “Sədrliyə namizəd olacağım. Hələ bu məsələ müzakirəyə çıxarılmayıb. Ola bilsin kimlərsə qurultay vaxtı öz namizədliyini irəli sürə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR