Sahibə Qafarova: "Onlayn konfranslar bizə işimizi daha səmərəli qurmağa imkan verir"

Sahibə Qafarova: "Onlayn konfranslar bizə işimizi daha səmərəli qurmağa imkan verir"
# 11 dekabr 2020 12:29 (UTC +04:00)

“Milli Məclisin yaz sessiyasında, yeni çağırış parlament fəaliyyətə başladığı dövrdə pandemiya şəraitində işimizi daha səmərəli qurmaq üçün videokonfrans formatında iclasları keçirməyi qərara aldıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

Sədrin birinci müavini bildirib ki, bu günə qədər kifayət qədər komitə iclası bu rejimdə keçirilib: “Parlamentin plenar iclasları isə ənənəvi qaydada baş tutub. O zaman nəinki hüquqşünaslar, heç kim pandemiyanın bu qədər uzanacağını bilmirdi. Beynəlxalq mütəxəssislərin də fikri onu göstırir ki, pandemiya hələ uzun müddfət olacaq. Ona görə də biz bu qanunda göstərdiyimiz vaxt rejimini aradan götürək”.

Sədr Sahibə Qafarova bildirib ki, pandemiyadan sonra da bu təcrübədən imtina edilməyəcək: “Bu konfranslar bizə işimizi daha səmərəli qurmağa imkan verir”.

Deputat Fazil Mustafa isə təklif edib ki, İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın da adı qanun layihəsinə daxil edilsə, yaxşı olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR